Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Qüvvə.

    Cisimlərin bir-birinə təsirinin ölçüsü; cismin sürətini dəyişən və ya onu deformasiya edən vektor kəmiyyət.

    Nyutonun ikinci qanununa görə cismə təsir edən qüvvə onun kütləsi ilə təcilinin hasilinə bərabərdir:

    F = ma

    Daha ümumi şəkildə qüvvə impulsun zamana görə dəyişmə sürətidir: F = dp/dt.

    Vahidi

    1 N — kütləsi 1 kq olan cismə 1 m/s² təcil verən qüvvədir: 1 N = 1 kq·m/s².

    Nyutonun üçüncü qanunu

    İki cisim bir-birinə qiymətcə bərabər, istiqamətcə əks qüvvələrlə təsir edir.

    Əlaqəli terminlər
    Bütün terminlər