İmpuls.
Cismin kütləsi ilə sürətinin hasilinə bərabər olan vektor kəmiyyət (hərəkət miqdarı).
p = mv
İmpulsun istiqaməti sürətin istiqaməti ilə üst-üstə düşür.
İmpulsun saxlanması qanunu
Qapalı sistemdə, yəni xarici qüvvələr təsir etmədikdə, cisimlərin impulslarının vektor cəmi dəyişmir. Bu qanun toqquşmaları, partlayışları və reaktiv hərəkəti izah edir.
Foton impulsu
Kütləsiz hissəciklərin də impulsu var: foton üçün p = h/λ.