Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Yarımkeçirici.

    Elektrik keçiriciliyinə görə metallarla dielektriklər arasında yer tutan və keçiriciliyi temperaturdan, işıqdan və aşqarlardan güclü asılı olan maddə.

    Yarımkeçiricilərin xüsusi müqaviməti təxminən 10−5–108 Om·m intervalında olur. Metallardan fərqli olaraq, temperatur artdıqca onların müqaviməti azalır: istilik hərəkəti elektronları valent zonadan keçirici zonaya keçirir və yükdaşıyıcıların sayı artır.

    Bu xassə yarımkeçiricinin zona quruluşu ilə bağlıdır. Valent zona ilə keçirici zona arasında elə də geniş olmayan qadağan olunmuş zona var. Elektron bu zonanı keçdikdə valent zonada müsbət yüklü deşik qalır.

    Növləri

    • Məxsusi yarımkeçirici — aşqarsız təmiz kristal; elektronların və deşiklərin konsentrasiyası bərabərdir.
    • n-tip — donor aşqarı (məsələn, silisiumda fosfor) əlavə olunur; əsas yükdaşıyıcılar elektronlardır.
    • p-tip — akseptor aşqarı (məsələn, silisiumda bor) əlavə olunur; əsas yükdaşıyıcılar deşiklərdir.

    Nümunələr

    Silisium (Si), germanium (Ge), qallium arsenid (GaAs), kadmium tellurid (CdTe).

    Əlaqəli terminlər
    Bütün terminlər