Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Elektrik keçiriciliyi.

    Maddənin elektrik cərəyanını keçirmə qabiliyyətini xarakterizə edən kəmiyyət; xüsusi müqavimətin tərsidir.

    Xüsusi elektrik keçiriciliyi xüsusi müqavimətin tərs qiymətidir və cərəyan sıxlığını elektrik sahəsinin intensivliyi ilə əlaqələndirir (Om qanununun diferensial forması):

    σ = 1 / ρ, j = σE

    Yarımkeçiricilərdə

    Yarımkeçiricidə cərəyanı həm elektronlar, həm də deşiklər daşıyır:

    σ = e (n μn + p μp)

    Burada e — elementar yük, n və p — elektron və deşiklərin konsentrasiyası, μn və μp — onların yürüklüyüdür.

    Tipik qiymətlər

    Metallarda σ ~ 107 Sm/m, yarımkeçiricilərdə 10−8–105 Sm/m, dielektriklərdə isə 10−8 Sm/m-dən kiçikdir.

    Əlaqəli terminlər
    Bütün terminlər