Elektrik gərginliyi.
Elektrik sahəsinin vahid müsbət yükü bir nöqtədən digərinə köçürərkən gördüyü işə bərabər olan kəmiyyət.
U = A / q
1 V — 1 Kl yükü köçürərkən 1 C iş görülən iki nöqtə arasındakı gərginlikdir: 1 V = 1 C/Kl.
Elektrostatik sahədə gərginlik iki nöqtənin potensiallar fərqinə bərabərdir: U = φ1 − φ2.
Om qanunu
Dövrə hissəsində cərəyan şiddəti gərginliklə düz, müqavimətlə tərs mütənasibdir:
I = U / R