Elektrik yükü.
Hissəciklərin elektromaqnit qarşılıqlı təsirdə iştirak etmə qabiliyyətini xarakterizə edən kəmiyyət.
Yüklər iki növ olur: müsbət və mənfi. Eyniadlı yüklər bir-birini itələyir, müxtəlifadlı yüklər cəzb edir.
Elementar yük
Sərbəst hissəciyin yükü elementar yükün tam misli olur:
e ≈ 1,602·10−19 Kl
Elektronun yükü −e, protonun yükü +e-dir.
Yükün saxlanması qanunu
Qapalı sistemdə yüklərin cəbri cəmi dəyişmir.
Kulon qanunu
İki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsi:
F = k |q1 q2| / r²