Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Foton.

    Elektromaqnit şüalanmanın kvantı; sükunət kütləsi sıfır olan və həmişə işıq sürəti ilə hərəkət edən elementar hissəcik.

    Fotonun enerjisi şüalanmanın tezliyi ilə mütənasibdir:

    E = hν = hc / λ

    Burada h = 6,626·10−34 C·s — Plank sabitidir.

    İmpulsu

    Sükunət kütləsi olmasa da, fotonun impulsu var:

    p = h / λ

    Dalğa–hissəcik ikiliyi

    İşıq interferensiya və difraksiyada dalğa kimi, fotoeffektdə isə hissəciklər — fotonlar axını kimi özünü göstərir.

    Əlaqəli terminlər
    Bütün terminlər