Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Sınma əmsalı.

    İşığın vakuumdakı sürətinin verilmiş mühitdəki sürətinə nisbəti.

    n = c / v

    Sınma əmsalı ölçüsüz kəmiyyətdir. Vakuum üçün n = 1, digər mühitlər üçün n > 1.

    Sınma qanunu

    İşıq bir mühitdən digərinə keçərkən istiqamətini dəyişir (Snellius qanunu):

    n1 sin α = n2 sin β

    Bəzi qiymətlər

    Mühit n
    Hava 1,0003
    Su 1,33
    Şüşə ≈ 1,5
    Almaz 2,42

    Sınma əmsalı dalğa uzunluğundan asılıdır; bu hadisə dispersiya adlanır və ağ işığın prizmada spektrə ayrılmasını izah edir.

    Əlaqəli terminlər
    Bütün terminlər