Dalğa uzunluğu.
Dalğanın bir period ərzində yayıldığı məsafə; eyni fazada rəqs edən ən yaxın iki nöqtə arasındakı məsafə.
Dalğa uzunluğu dalğanın yayılma sürəti, tezliyi və periodu ilə əlaqəlidir:
λ = v / ν = vT
İşıq üçün vakuumda λ = c / ν.
Elektromaqnit dalğaları
| Diapazon | Dalğa uzunluğu |
|---|---|
| Radiodalğalar | 1 mm-dən böyük |
| İnfraqırmızı | 780 nm – 1 mm |
| Görünən işıq | 380 – 780 nm |
| Ultrabənövşəyi | 10 – 380 nm |
| Rentgen və qamma | 10 nm-dən kiçik |
Dalğa uzunluğu nə qədər kiçikdirsə, fotonun enerjisi bir o qədər böyükdür.