Temperatur.
Cismin istilik halını xarakterizə edən və onu təşkil edən hissəciklərin orta kinetik enerjisi ilə bağlı olan kəmiyyət.
İstilik tarazlığında olan cisimlərin temperaturu eynidir. Temperatur fərqi olduqda istilik isti cisimdən soyuq cismə keçir.
Mütləq temperatur
Beynəlxalq vahidlər sistemində temperatur kelvinlə ölçülür. Selsi şkalası ilə əlaqəsi:
T = t + 273,15
Mütləq sıfır (0 K) ən aşağı mümkün temperaturdur.
Molekulyar-kinetik mənası
İdeal qazda molekulun irəliləmə hərəkətinin orta kinetik enerjisi temperaturla mütənasibdir:
E = 3kT / 2
Burada k = 1,38·10−23 C/K — Bolsman sabitidir.