Entropiya.
Sistemin nizamsızlıq dərəcəsini və istiliyin işə çevrilə bilməyən hissəsini xarakterizə edən hal funksiyası.
Dönən prosesdə sistemin entropiyasının dəyişməsi aldığı istilik miqdarının temperatura nisbətinə bərabərdir:
dS = δQ / T
Termodinamikanın ikinci qanunu
Təcrid olunmuş sistemdə entropiya azalmır: dönən proseslərdə sabit qalır, dönməyən proseslərdə artır. Buna görə istilik özbaşına soyuq cisimdən isti cismə keçmir.
Statistik mənası
Bolsman düsturuna görə entropiya sistemin verilmiş halını reallaşdıran mikrohalların sayı W ilə bağlıdır:
S = k ln W