Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Daxili enerji.

    Sistemi təşkil edən hissəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi.

    Daxili enerjiyə molekulların nizamsız hərəkətinin kinetik enerjisi və onların qarşılıqlı təsirinin potensial enerjisi daxildir. Bu, sistemin halının funksiyasıdır.

    Termodinamikanın birinci qanunu

    Sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur:

    Q = ΔU + A

    İdeal qaz

    İdeal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Biratomlu ideal qaz üçün:

    U = 3νRT / 2
    Əlaqəli terminlər
    Bütün terminlər