Məzmuna keç
M. Cahangirov

Esc — bağla

    Fotoeffekt.

    İşığın təsiri altında maddədən elektronların çıxması (xarici fotoeffekt) və ya maddədə sərbəst yükdaşıyıcıların yaranması (daxili fotoeffekt).

    Eynşteyn tənliyi

    Udulan fotonun enerjisi elektronun maddədən çıxış işinə və ona kinetik enerji verməyə sərf olunur:

    hν = Aç + mv²max / 2

    Qırmızı sərhəd

    Fotoeffekt yalnız işığın tezliyi müəyyən həddən böyük olduqda baş verir:

    ν0 = Aç / h

    Bu tezlikdən kiçik tezlikli işıq, intensivliyi nə qədər böyük olsa da, elektron qopara bilmir. Bu fakt işığın kvant təbiətini sübut edir.

    Daxili fotoeffekt

    Yarımkeçiricilərdə foton elektronu valent zonadan keçirici zonaya keçirir və elektron–deşik cütü yaradır. Fotorezistorların, fotodiodların və günəş elementlərinin işi buna əsaslanır.

    Əlaqəli terminlər
    Bütün terminlər